Global Art
XəBəRLəR

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb

Azərbaycan cüdoçusu Zelim Tçkayev Bakıda keçirilən dünya çempionatında gümüş medal qazanıb.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, 81 kiloqram çəki dərəcəsində çıxış edən idmançı finalda gürcüstanlı Tato Qriqalaşviliyə uduzub.

Bununla da Azərbaycan millisinin dünya çempionatında qazandığı medalların sayı 4-ə çatıb. Daha əvvəl Əhməd Yusifov (60 kiloqram) qızıl, Rəşid Məmmədəliyev (73 kiloqram) və Ömər Rəcəbli (81 kiloqram) isə bürünc mükafat əldə ediblər.

Qeyd edək ki, dünya çempionatına oktyabrın 11-də yekun vurulacaq.

Daha çox