Global Art
XəBəRLəR

Azərbaycan Dövlət Akademik Filarmoniyasında konsert – “90 illik irs”

Azərbaycan Dövlət Akademik Filarmoniyasında konsert – “90 illik irs”

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında "90 illik irs" yubiley konsertlər silsiləsi çərçivəsində konsert proqramı təqdim olunub.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, konsertdə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri və Fikrət Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının xor qrupu çıxış edib.

Gecədə orkestrə baş dirijor Mustafa Aşurov rəhbərlik edib.

Konsertin xormeysteri Naala Barateliya, meneceri isə Elçin Abbasovdur.

Musiqili proqramda tanınmış solistlər – Gülnaz İsmayılova, Gülüstan Əliyeva, İlahə Əfəndiyeva, Taleh Yahyayev, Nurlan Əzizbəyli, Rəvanə Qurbanova, Ayşən Eminli və Əvəzxan Əzizovun ifasında vətənpərvərlik mövzusunda bəstələr, doğma yurdumuzu tərənnüm edən xalq mahnıları və klassik əsərlər zövqlə ifa olunub.

Qeyd edək ki, bu il Azərbaycan Dövlət Akademik Filarmoniyası və Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı 90 illik yubileylərini qeyd edir.


Global Art

Daha çox