Global Art
XəBəRLəR

Azərbaycan ilə Türkmənistan arasında münasibətlərin inkişaf perspektivləri müzakirə olunub

Azərbaycan ilə Türkmənistan arasında münasibətlərin inkişaf perspektivləri müzakirə olunub

İyunun 22-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Türkmənistan Nazirlər Kabinetinin sədr müavini, xarici işlər naziri Rəşid Meredov arasında görüş keçirilib.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, görüş zamanı Azərbaycan ilə Türkmənistan arasında dostluq, qardaşlıq və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Tərəflər yüksəksəviyyəli qarşılıqlı səfərlərin və siyasi dialoqun ikitərəfli əməkdaşlığın genişlənməsinə mühüm töhfə verdiyini vurğulayıblar.

Nazirlər ticarət-iqtisadi, enerji, nəqliyyat-tranzit, logistika, gəmiçilik, humanitar və mədəni sahələrdə əməkdaşlığın inkişafı imkanları ətrafında fikir mübadiləsi aparıblar. Bu çərçivədə regional bağlantıların gücləndirilməsi, Orta Dəhlizin potensialından daha səmərəli istifadə olunmasının əhəmiyyəti qeyd edilib.

Görüşdə beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri də nəzərdən keçirilib. Tərəflər BMT və digər çoxtərəfli platformalarda qarşılıqlı dəstək və əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. Tərəflər Azərbaycan-Türkmənistan əlaqələrinin bundan sonra da qarşılıqlı fayda və strateji tərəfdaşlıq ruhunda inkişaf etdirilməsi istiqamətində birgə səyləri davam etdirmək niyyətlərini ifadə ediblər.

Global Art

Daha çox