Global Art
MəDəNIYYəT

Azərbaycan-Özbəkistan mədəni əməkdaşlığı genişlənir

Azərbaycan-Özbəkistan mədəni əməkdaşlığı genişlənir

Azərbaycanın mədəniyyət nazirinin müavini Murad Hüseynovla Özbəkistanın mədəniyyət nazirinin birinci müavini Nodirbek Sayfullayev arasında görüş təşkil olunub. Görüş Özbəkistanın Mədəniyyət Nazirliyində keçirilib.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə mədəni-humanitar əməkdaşlığın cari vəziyyəti və perspektivləri müzakirə olunub.

Murad Hüseynov həmkarını yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edərək onu XVIII Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalına dəvət edib.

Tərəflər qarşılıqlı Kino Günlərinin təşkili, şəhərlər arasında birbaşa mədəni əlaqələrin qurulması, eləcə də birgə musiqi kollektivlərinin yaradılması və ortaq konsert proqramlarının həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Global Art

Daha çox