Global Art
XəBəRLəR

Azərbaycan Prezidenti: Avropa Şurası faktiki olaraq işğalı dəstəkləyib

Azərbaycan Prezidenti: Avropa Şurası faktiki olaraq işğalı dəstəkləyib

Ermənistanın arxasında duran böyük dövlətlər, o cümlədən və ilk növbədə, mənfur Minsk qrupunun həmsədr ölkələri bütün bu işləri ört-basdır etmək istəyirdi. Ermənistan işğal edilmiş torpaqlara heç bir xarici müşahidəçi buraxmırdı.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Bakıda beynəlxalq konfransların iştirakçıları ilə görüşündə danışıb.

Beynəlxalq təşkilatların da buna səssiz qaldıqlarını vurğulayan dövlətimizin başçısı bildirib: “Birləşmiş Millətlər Təşkilatı, - hansı ki, Təhlükəsizlik Şurası dörd qətnamə qəbul etmişdi ki, işğal edilmiş torpaqlardan erməni silahlı qüvvələri çıxarılmalıdır, - səssiz qalıb, ATƏT səssiz qalıb. Avropa Şurası faktiki olaraq işğalı dəstəkləyib. Avropa Parlamenti işğalçı Ermənistana hər zaman dəstək verib və bu gün də bu belədir”.

Daha çox