Azərbaycan taekvondoçusu Qaşim Maqomedov Pakistanın Lahor şəhərində keçirilən Asiya regionu üzrə 8-ci Prezident Kubokunda medal qazanıb.
Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, 63 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı bürünc mükafat əldə edib.
Eyni çəkidə çıxış edən digər taekvondoçu Fuad Məhərləmli isə yarışı medalsız başa vurub.