Global Art
XəBəRLəR

Azərbaycanla Dünya Bankı arasında əməkdaşlığın cari vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılıb

Azərbaycanla Dünya Bankı arasında əməkdaşlığın cari vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılıb

Azərbaycan Mərkəzi Bankı sədrinin birinci müavini Əliyar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistan Respublikasına işgüzar səfəri çərçivəsində Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Antonella Bassani ilə görüşüb.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə Azərbaycan ilə Dünya Bankı arasında əməkdaşlığın cari vəziyyəti, 2025–2029-cu illəri əhatə edən Ölkə Tərəfdaşlıq Çərçivəsinin prioritet istiqamətləri və bu çərçivədə həyata keçirilən layihələrin icra vəziyyəti müzakirə olunub.

Görüşdə, həmçinin qarşılıqlı maraq kəsb edən digər məsələlər və əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Global Art

Daha çox