Azərbaycanlı rəssam Vüqar Quliyevin ABŞ-də “Tənhalığın əks-sədaları” (“Echoes of Solitude”) adlı fərdi sərgisi açılıb.
Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, ABŞ-nin Aleksandriya şəhərində yerləşən İncəsənət Liqası (The Art League) adlanan qalereyada açılan sərgidə rəssamın müasir həyatdakı müşahidələrindən qaynaqlanan 17 əsəri nümayiş etdirilir. Rəsm əsərlərində insanlar arasındakı bağlılıq və məsafə, mövcudluq və yoxluq, eləcə də insanın daxili dünyası və yaşantıları ön plana çıxır.
Sentyabrın 6-dək davam edəcək sərgi ilə İncəsənət Liqasının onlayn qalereyasında da tanış olmaq mümkündür.