Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının (ASİNF) birgə təşkilatçılığı əsasında Bakı buxtasında yelkən idmanı üzrə “Prezident Kuboku" turnirinə yekun vurulub.
Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunan reqatada qaliblər iki günün nəticəsinə əsasən idmançıların xal hesabına görə müəyyənləşib.
Nəticələr aşağıdakı kimi olub:
Optimist sinfi (12 yaşadək)
1 - Kamilla Həsənova (ASİNF)
Optimist sinfi (qızlar)
1 - Səma Mansurzadə (ASİNF)
Optimist sinfi (ümumi kateqoriya)
1 - Kamal Bəşirli (ASİNF)
İLCA 4 sinfi (ümumi kateqoriya)
1 - Nəzrin Məmmədova (ASİNF)
Qaliblər diplom və medallarla mükafatlandırılıblar.
Global Art