Global Art
XəBəRLəR

Bakı-Tbilisi-Ceyhan kəməri ilə daşınan neftin həcmi açıqlanıb

Bakı-Tbilisi-Ceyhan kəməri ilə daşınan neftin həcmi açıqlanıb

Yanvar-iyul aylarında Bakı–Tbilisi–Ceyhan (BTC) neft ixrac kəməri ilə nəql olunan neft 8,6 faiz azalaraq 14 milyon 773,2 min ton təşkil edib.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, nəqletmənin 76,8 faizi Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri ilə həyata keçirilib.

Dövr ərzində BTC kəməri ilə nəql edilmiş neftin 82,3 faizini (12 milyon 154,7 min ton) Azərbaycanda hasil edilən neft, 17,7 faizini (2 milyon 618,5 min ton) isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.

Daha çox