Oktyabrın 29-da Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Cümhuriyyət bayramı münasibətilə Bakıda Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün abidəsini ziyarət ediblər.
Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, qrupun üzvləri abidənin önünə gül dəstələri düzüblər.