Global Art
XəBəRLəR

Bakıda İnsan Hüquqları, Qadın və Ailə üzrə İxtisaslaşmış Daimi Komitənin 12-ci iclası keçirilib

Bakıda İnsan Hüquqları, Qadın və Ailə üzrə İxtisaslaşmış Daimi Komitənin 12-ci iclası keçirilib

Bakıda İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyası ikinci günündə işinə müzakirələrlə davam edir.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, sessiya çərçivəsində İnsan Hüquqları, Qadın və Ailə üzrə İxtisaslaşmış Daimi Komitənin 12-ci iclası keçirilib.

İclas Milli Məclisin deputatı Nigar Məmmədovanın moderatorluğu ilə baş tutub.

Gündəliyə əsasən, iclasda İttifaqa üzv parlamentlər arasında insan hüquqları məsələləri üzrə beynəlxalq və regional platformalarda fəaliyyətin əlaqələndirilməsi, qadınların inkişafın bütün sahələrində rolunun, o cümlədən qərar qəbuletmə vəzifələrində iştirakının artırılması, təbii fəlakətlərin qadınlara təsiri, İslam dünyasında gənclərin statusunun yüksəldilməsi, uşaqların qayğısı, müdafiəsi və digər məsələlər müzakirə olunub.

Türkiyə Böyük Millət Məclisinin deputatı Mustafa Arslan çıxışında bildirib ki, insan hüquqları sahəsində qarşılaşılan problemlər yalnız hüquqi sənədlərdə və beynəlxalq hesabatlarda əks olunan mücərrəd anlayışlar deyil, dünyanın gözü qarşısında baş verən real hadisələrdir. O vurğulayıb ki, insan hüquqları anlayışının mərkəzində insan ləyaqəti dayanır. Buna görə də insan hüquqları gündəmi cəmiyyətlərin inancından, mədəniyyətindən, ailə dəyərlərindən və sosial strukturundan ayrı deyil, ədalət, mərhəmət, həmrəylik və insan ləyaqətinə hörmət prinsipləri əsasında qiymətləndirilməlidir. Deputat qeyd edib ki, qadınların, uşaqların və ailənin qorunması cəmiyyətlərin rifahı və davamlı inkişafı üçün mühüm əhəmiyyət daşıyır.

Müzakirələr zamanı qadın hüquqlarının qorunması, qadınların müxtəlif sahələrdə qazandıqları uğurlar və cəmiyyətin inkişafına verdikləri töhfələrdən bəhs edilib. Həmçinin Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi siyasətin və əldə etdiyi nailiyyətlərin bir sıra ölkələr üçün nümunə olduğu vurğulanıb.

Global Art

Daha çox