Global Art
XəBəRLəR

Bank sektorunun strateji hədəfləri üzrə prioritet istiqamətlərə dair fikir mübadiləsi aparılıb

Bank sektorunun strateji hədəfləri üzrə prioritet istiqamətlərə dair fikir mübadiləsi aparılıb

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyətinin geniş tərkibinə daxil olan bankların rəhbər şəxsləri ilə görüşüb.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə cari makroiqtisadi mühit, bank sektorunun 2026-cı ilin ilk yarısı üzrə inkişaf dinamikası, maliyyə inklüzivliyinin genişləndirilməsi istiqamətində həyata keçirilən təşəbbüslər və bu sahədə mövcud çağırışlar müzakirə olunub.

Görüşdə bank sektorunun strateji hədəfləri, həmçinin sektorun dayanıqlığının artırılmasına xidmət edəcək tənzimləmə və nəzarət mexanizmlərinin daha da təkmilləşdirilməsi üzrə prioritet istiqamətlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Global Art

Daha çox