Global Art
XəBəRLəR

Baş katib: Türk dövlətləri arasında müxtəlif sahələrdə çoxşaxəli əməkdaşlığı təşviq etmək məqsədimizdir

Baş katib: Türk dövlətləri arasında müxtəlif sahələrdə çoxşaxəli əməkdaşlığı təşviq etmək məqsədimizdir

Bizim regionumuz həmişə Şərqlə Qərb arasında görüş nöqtəsi olub. Əsrlər boyu insanlar Mərkəzi Asiyaya, Qafqaza və Anadoluya doğru hərəkət edib. Beləliklə, müxtəlif xəritələri və sivilizasiyaları birləşdirib.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Turk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev CAMCA Regional Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Türk Dövlətləri Təşkilatı unikal hökumətlərarası təşkilatdır.

“Niyə unikal? Çünki təşkilatımız tariximizə, dilimizə, dinimizə və mədəniyyətimizə əsaslanır. Bildiyiniz kimi, biz beş üzv dövlətdən ibarətik. 15 il əvvəl Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə tərəfindən təsis edilib. Lakin 7 il əvvəl Özbəkistan qoşuldu və indi tam beş üzv dövlətimiz var. Müşahidəçi dövlətlər isə Türkmənistan və Macarıstandır. Türk dünyası əhalisi 180 milyon təşkil edir, lakin dünya üzrə 300 milyondan çox türk xalqı var. Bu gün əsas məqsəd və vəzifələr türk dövlətləri arasında müxtəlif sahələrdə hərtərəfli çoxşaxəli əməkdaşlığı təşviq etmək, xarici siyasət məsələlərində vahid mövqe formalaşdırmaq, ticarət və investisiya üçün əlverişli şərait yaratmaq və regionda sülhün əməkdaşlığını təmin etməkdir”, - deyə TDT Baş katibi əlavə edib.

Daha çox