Globalart
XəBəRLəR

Bədii gimnastika üzrə Avropa Kubokunda növbəti mükafatçılar bəlli olub

Bədii gimnastika üzrə Avropa Kubokunda növbəti mükafatçılar bəlli olub

Bakıda bədii gimnastika üzrə Avropa Kuboku davam edir.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan mötəbər yarışda 31 ölkədən gimnastlar bacarıqlarını nümayiş etdirirlər.

Yarışın üçüncü günündə qrup hərəkətləri komandalarında 5 top, 3 halqa və 2 gürz proqramları üzrə mükafatçılar müəyyənləşib.

5 top proqramında İsrail qızıl, AİN1 gümüş, İtaliya bürünc medal qazanıb. 3 halqa və 2 gürz proqramında isə AİN 2 qızıl, AİN1 gümüş, Ukrayna bürünc mükafata sahib çıxıb.

Avropa Kuboku mayın 3-dək davam edəcək.

Global Art

Daha çox