Global Art
XəBəRLəR

BMT-də Azərbaycanın itkin düşmüş vətəndaşları ilə bağlı bəyanat səsləndirilib

BMT-də Azərbaycanın itkin düşmüş vətəndaşları ilə bağlı bəyanat səsləndirilib

Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin Birinci katibi Şəhriyar Hacıyev BMT Baş Assambleyasının 81-ci sessiyasının Üçüncü Komitəsində Azərbaycanın itkin düşmüş vətəndaşları ilə bağlı bəyanatla çıxış edib.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, Şəhriyar Hacıyev 1990-cı illərin əvvəllərində itkin düşmüş 4000-dən çox insandan 71 uşağın taleyi və olduğu yerin münaqişədən sonrakı dövrdə Azərbaycan üçün ciddi humanitar narahatlıq olaraq qaldığını diqqətə çatdırıb. Eyni zamanda, qeyd olunub ki, genişmiqyaslı mina çirklənməsi uşaqlar da daxil olmaqla insanların həyatını təhdid edən növbəti problemdir.

O bildirib ki, 1990-cı illərdən bəri qəsdən basdırılmış minalar uşaqlar və gənclər də daxil olmaqla 3400-dən çox insanın həyatına son qoyub və ya ağır yaralanmasına səbəb olub. Bu humanitar narahatlıqlar görülən milli tədbirlərlə yanaşı, beynəlxalq əməkdaşlığın da gücləndirilməsini tələb edir.

Daha çox