Global Art
XəBəRLəR

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

Oktyabrın 5-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Nigeriya Federal Respublikasının xarici işlər naziri Bianka Odumeqvu-Ocukvu arasında telefon danışığı baş tutub.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, nazirlər Azərbaycan-Nigeriya ikitərəfli münasibətlərinin inkişaf perspektivləri, qarşılıqlı maraq doğuran məsələlər, habelə çoxtərəfli platformalarda əməkdaşlıq gündəliyi barədə fikir mübadiləsi aparıblar.

Bu çərçivədə İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Qoşulmama Hərəkatı, Parlamentlərarası İttifaq, D-8 və digər platformalarda əməkdaşlığın əhəmiyyəti qeyd olunub, qarşılıqlı dəstəyin və əlaqələndirmənin gücləndirilməsinin vacibliyi vurğulanıb.

Ceyhun Bayramov Azərbaycanın Afrika ölkələri ilə əlaqələrin inkişafını xarici siyasətinin prioritet istiqamətlərindən biri kimi nəzərdən keçirdiyini qeyd edib. Bu çərçivədə Nigeriya ilə siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi, o cümlədən Azərbaycanın təqaüd proqramları çərçivəsində Nigeriya vətəndaşları üçün yaradılan imkanların əhəmiyyəti vurğulanıb.

Tərəflər, həmçinin regional və beynəlxalq gündəlikdə duran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Daha çox