Global Art
XəBəRLəR

Ceyhun Bayramov BMT TŞ-da yüksəksəviyyəli iclasda çıxış edəcək

Ceyhun Bayramov BMT TŞ-da yüksəksəviyyəli iclasda çıxış edəcək

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə nazirliyin "X" hesabında paylaşım edilib.

Qeyd edilib ki, səfər çərçivəsində 26 may tarixlərində nazir Ceyhun Bayramovun BMT Təhlükəsizlik Şurasının "BMT Nizamnaməsinin məqsəd və prinsiplərinin qorunması və BMT mərkəzli beynəlxalq sistemin gücləndirilməsi" mövzusunda yüksək səviyyəli iclasda çıxışı, habelə yüksək səviyyəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Global Art

Daha çox