Sıralama turundan sonra formam və bolidin göstəriciləri məni tam qane edir, sabahkı yarışa özümdən əmin şəkildə yollanıram.
Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Formula 1 Azərbaycan Qran-Prisinin sıralama turunda ən yaxşı nəticəni göstərən "Mercedes" komandasının pilotu Corc Rassell deyib.
Qələbə üçün mübarizə aparacaqlarını vurğulayan britaniyalı sürücü bildirib: "Hazırda hər şey yüksək səviyyədədir və qələbə üçün böyük şansımız var. Lakin unutmaq olmaz ki, bura Bakıdır və trasda hər an hər şey dəyişə bilər. Əminəm ki, Şarl Lekler də sabah çox motivasiyalı olacaq və birinci döngədə hücuma keçməyə çalışacaq. Lakin baş verənlərdən asılı olmayaraq, finişə birinci çatmaq üçün əlimizdən gələni edəcəyik".
Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisinə sentyabrın 26-da yekun vurulacaq.