Global Art
XəBəRLəR

Daşkənd Forumunda Azərbaycanın multikulturalizm və dini həmrəylik modeli təqdim olunub

Daşkənd Forumunda Azərbaycanın multikulturalizm və dini həmrəylik modeli təqdim olunub

Xəbər verdiyimiz kimi, iyulun 7-də Daşkənddə keçirilən I Beynəlxalq İslam Sivilizasiyası Forumu işə başlayıb.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, Qurumun sədri Ramin Məmmədov forumda çıxış edərək Azərbaycanda multikulturalizm və konfessiyalararası həmrəyliyin möhkəmləndirilməsi sahəsində görülən işlərdən bəhs edib.

Komitə sədri bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasəti nəticəsində Azərbaycanda dini etiqad azadlığı, milli-mənəvi dəyərlər və tolerantlıq ənənələri etibarlı şəkildə qorunur. O qeyd edib ki, Azərbaycan sivilizasiyalararası dialoqun təşviqinə mühüm töhfələr verir. Ölkədə ibadət məkanlarının və işğaldan azad edilmiş ərazilərdə dini-mədəni irsin bərpasına dövlət dəstəyi göstərilir.

Ramin Məmmədov çıxışında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Özbəkistanın Dini Məsələlər Komitəsi, həmçinin Azərbaycan İlahiyyat İnstitutu ilə Özbəkistan Beynəlxalq İslam Akademiyası arasında əməkdaşlıqdan bəhs edib. O, dini maarifləndirmə, radikalizmlə mübarizə, elmi tədqiqatlar və beynəlxalq layihələr üzrə əlaqələrin daha da genişlənəcəyinə ümidvar olduğunu bildirib.

Dövlət Komitəsinin sədri ötən ay Şuşa şəhərində keçirilmiş Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin Birinci Görüşünün əməkdaşlığın inkişaf etdirilməsi üçün yeni perspektivlər yaratdığını vurğulayıb. Bildirib ki, görüşün yekununda qəbul olunan Kommünike Birinci Beynəlxalq İslam Forumunun əsas məqsədləri ilə tam uzlaşır.

Ramin Məmmədov bildirib ki, Azərbaycan və Özbəkistan dövlət başçılarının müəyyənləşdirdiyi strateji kurs əsasında İslam sivilizasiyasının irsinin qorunması, Türk dünyasının həmrəyliyinin möhkəmləndirilməsi və qlobal sülhün təşviqi istiqamətində əməkdaşlığı uğurla davam etdirəcək.

 Global Art

Daha çox