Global Art
XəBəRLəR

DÇ-2026: Fransa ilk yarımfinalçı oldu

DÇ-2026: Fransa ilk yarımfinalçı oldu

Futbol üzrə 2026-cı il dünya çempionatının (DÇ-2026) 1/4 final mərhələsinə Fransa - Mərakeş matçı ilə start verilib.

Global Art Oxu.az-a istinadən xəbər verir ki, ABŞ-nin Foksboro şəhərində baş tutan oyun Avropa təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:0.

Görüşdə hər iki qol ikinci hissədə vurulub. Kilian Mbappe 60-cı, Usman Dembele isə 66-cı dəqiqədə fərqlənib. Kilian Mbappe 28-ci dəqiqədə penaltidən yararlana bilməyib.

Qeyd edək ki, Fransa 1/2 final mərhələsində İspaniya - Belçika cütünün qalibi ilə qarşılaşacaq.

Global Art

Daha çox