Süni intellekt və sosial medialar, həmçinin bunların inteqrasiyası artıq real həqiqətin tapılmasını çox mürəkkəbləşdirir. Dezinformasiya, süni intellekt və bəzi digər elementlər burada maneə rolunu oynaya bilər.
Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Bakı Mədəniyyət və Media Dialoqu Platforması” çərçivəsində “Sülhün dili və dezinformasiyaya qarşı mübarizə” mövzusunda xüsusi sessiya zamanı deyib.
“Birinci növbədə qəbul etməliyik ki, dezinformasiya yeni fenomendir. Min illər əvvəl də dezinformasiya və mif strategiyaların bir hissəsi idi. İndi isə dezinformasiya və bütün əlaqəli elementlər ölkələrə və cəmiyyətlərə təsir edən daha geniş hibrid strategiyanın bir hissəsinə çevrilir”, - deyə Prezidentin köməkçisi vurğulayıb.