Global Art
XəBəRLəR

Dünya bazarında "Brent" markalı neft ucuzlaşdı

Dünya bazarında "Brent" markalı neft ucuzlaşdı

Dünya bazarında "Brent" markalı neftin cüzi ucuzlaşması müşahidə olunub.

Bu barədə "İnterfaks" agentliyi məlumat yayıb.

Bakı vaxtı ilə saat 09:15-də Londonun ICE birjasında sentyabr ayına çatdırılma ilə "Brent" markalı neftin füçerslərinin qiyməti 0.13 dollar (0.18%) azalaraq bir barel üçün 71.99 dollara satılıb. Əvvəlki sessiyada isə "Brent"in qiyməti 0.32 dollar (0.45%) bahalaşaraq bir barel üçün 72.12 dollar təşkil etmişdi.

Nyu-York Ticarət Birjasında (NYMEX) avqust ayına çatdırılma ilə WTI markalı xam neftin füçerslərinin dəyəri 0.06 dollar (0.09%) artaraq bir barel üçün 68.75 dollar olub.

Global Art

Daha çox