Global Art
XəBəRLəR

Ekvador təmsilçisi: Bilik mübadiləsini və sülh mədəniyyətini inkişaf etdirməliyik

Ekvador təmsilçisi: Bilik mübadiləsini və sülh mədəniyyətini inkişaf etdirməliyik

Cənub əməkdaşlığı bu qeyri-müəyyən dövrdə zəruri konsensus rolunu oynayır. Xalqlarımızın üzləşdiyi böyük çağırışları həll etmək üçün potensialımızı yönləndirmək məqsədilə əlaqələri gücləndirməliyik ki, onlar layiq olduqları ləyaqət, rifah və sülhə nail ola bilsinlər.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Qlobal Cənub QHT Platformasının Baş katibinin Latın Amerikası regionu üzrə müavini, Ekvador təmsilçisi Luis Gallegos qurumun ilk Baş Assambleyasında çıxışı zamanı deyib.

"Biz anlayış və dialoqu təşviq edən bilik mübadiləsini və sülh mədəniyyətini inkişaf etdirməliyik. Bu platformanın yaradılması, beynəlxalq hüquqda güc tətbiqini əsas götürən bir dünyada ölkələrin məntiqli səslərinin eşidilməsini təmin etmək üçün onların fəaliyyətlərinin koordinasiyasına imkan verəcək", - deyə L.Gallegos bildirib.

Global Art

Daha çox