Global Art
XəBəRLəR

Əl-Casir: Azərbaycanın yenidənqurma və inkişaf səylərinə sadiqliyimizi bir daha təsdiqləyirik

Əl-Casir: Azərbaycanın yenidənqurma və inkişaf səylərinə sadiqliyimizi bir daha təsdiqləyirik

Biz azad edilmiş Qarabağa səfər edən ilk çoxtərəfli İnkişaf Bankı olmaqdan qürur duyuruq və bununla Azərbaycanın yenidənqurma və inkişaf səylərinə sadiqliyimizi bir daha təsdiqləyirik.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə İslam İnkişaf Bankı (İİB) Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casir İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində çıxışında bildirib.

İslam İnkişaf Bankı Qrupunun sədri, həmçinin əlavə edib: “Azərbaycanın 1992-ci ildə Banka qoşulmasından bəri əməkdaşlığımız uğurla inkişaf edib. İslam İnkişaf Bankı Qrupu infrastruktur, enerji, kənd təsərrüfatı və sosial xidmətlər sahələrində 84 layihə üzrə təxminən 1,8 milyard ABŞ dolları həcmində maliyyələşdirmə təsdiqləyib. Bakı–Tbilisi–Qars dəmir yolu və Ələt Azad İqtisadi Zonası kimi layihələr təkcə milli layihələr deyil, onlar regional ticarətin əsas arteriyalarıdır və İllik Toplantılarımızın “Davamlı rifah naminə regional inteqrasiya” mövzusunu mükəmməl şəkildə təcəssüm etdirirlər”.

Global Art

Daha çox