Global Art
XəBəRLəR

Fərid Qayıbov nazirliyin dəstəyi ilə beynəlxalq tədbirlərdə iştirak etmiş gənclərlə görüşüb

Fərid Qayıbov nazirliyin dəstəyi ilə beynəlxalq tədbirlərdə iştirak etmiş gənclərlə görüşüb

Mayın 6-da gənclər və idman naziri Fərid Qayıbov nazirliyin dəstəyi ilə beynəlxalq tədbirlərdə iştirak etmiş gənclərlə görüşüb.

Global Art Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir ki, nazir gəncləri qazandıqları uğurlar münasibətilə təbrik edib, iştirak etdikləri tədbirlər və qazandıqları təcrübələr barədə fikir mübadiləsi aparıb.

ABŞ, Çexiya, Avstriya, Yunanıstan, Moldova, Tacikistan və Türkiyə Respublikasında keçirilən beynəlxalq əhəmiyyətli tədbirlər, beynəlxalq yarışlarda iştirak edən gənclər öz təəssüratlarını paylaşıb, nailiyyətləri, tədbirlərdə iştirakları barədə ətraflı məlumat veriblər.

Görüşdə gənclərin fikirlərini və təkliflərini dinləyən nazir Fərid Qayıbov nailiyyət qazanan gəncləri təbrik edib, fəaliyyətlərinin davamlılığını arzulayıb.

Global Art

Fərid Qayıbov nazirliyin dəstəyi ilə beynəlxalq tədbirlərdə iştirak etmiş gənclərlə görüşüb — 1 Fərid Qayıbov nazirliyin dəstəyi ilə beynəlxalq tədbirlərdə iştirak etmiş gənclərlə görüşüb — 2 Fərid Qayıbov nazirliyin dəstəyi ilə beynəlxalq tədbirlərdə iştirak etmiş gənclərlə görüşüb — 3

Daha çox