Global Art
XəBəRLəR

Finlandiyada yaşayan azərbaycanlılar “Sabah” komandasına dəstək olublar

Finlandiyada yaşayan azərbaycanlılar “Sabah” komandasına dəstək olublar
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində Finlandiyanın Kupio şəhərində keçirilən KuPS – “Sabah” oyununda Azərbaycan təmsilçisi rəqibini 2:0 hesabı ilə məğlub edib.
Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, Helsinkidən təxminən 390 kilometr məsafədə yerləşən Kupio şəhərində baş tutan qarşılaşmanı izləmək üçün Finlandiyanın müxtəlif bölgələrində yaşayan azərbaycanlı azarkeşlər bir araya gəliblər.

Səfər Finlandiyadakı Azərbaycan Evinin rəhbəri Ülviyyə Cabbarovanın təşkilatçılığı ilə reallaşıb. Azarkeşlər oyun boyu komandamızı böyük ruh yüksəkliyi ilə dəstəkləyiblər.

Qarşılaşmadan sonra göstərdiyi dəstəyə görə “Sabah” komandası tərəfindən Ülviyyə Cabbarovaya klubun rəsmi forması hədiyyə edilib.

Bu görüş Finlandiyada yaşayan azərbaycanlıların öz komandalarına sədaqətini, həmçinin birlik və həmrəylik ruhunu bir daha nümayiş etdirib.

Global Art

Daha çox