Gələn mövsümdən etibarən Formula 1 üzrə dünya çempionatında yarışların məsafəsi 15 kilometr qısaldılacaq.
Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Avtomobil Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Yeni qaydalara əsasən, pilotlar əvvəlki 305 kilometr əvəzinə 290 kilometr məsafə qət edəcəklər. Bu dəyişiklik yarışların iki-üç dövrə qısalmasına səbəb olacaq.
Bundan əlavə, yarışın ümumi müddətinə tətbiq olunan üç saatlıq məhdudiyyət ləğv ediləcək. Bununla belə, yarışın startdan etibarən iki saatdan çox davam etməsinə icazə verilməyəcək.