Global Art
XəBəRLəR

Fuad Nağıyev: Azərbaycanın zəngin təbii və mədəni irsi ölkəmizi regionda xüsusi turizm məkanına çevirir

Fuad Nağıyev: Azərbaycanın zəngin təbii və mədəni irsi ölkəmizi regionda xüsusi turizm məkanına çevirir

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi tərəfindən indiyədək turizmin dayanıqlı inkişafı istiqamətində mühüm addımlar atılıb. Təbiət əsaslı turizm marşrutlarının inkişafı, ekoturizm və aqroturizm istiqamətlərinin formalaşdırılması bu yanaşmanın əsas istiqamətlərindəndir.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Bakıda Dövlət Turizm Agentliyi və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Katibliyinin birgə təşkilatçılığı ilə keçirilən “AQEM ölkələrində dairəvi yaşıl turizm” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı bildirib.

O, Azərbaycanın zəngin təbii və mədəni irsinin ölkəmizi regionda xüsusi turizm məkanına çevirdiyini deyib: "Bizim əsas məqsədimiz yalnız bu resursları təqdim etmək deyil, onları qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə ötürməkdir. Azərbaycanın 2024-cü ildə ev sahibliyi etdiyi COP29 konfransı ölkəmizin qlobal iqlim gündəliyinə verdiyi töhfənin mühüm göstəricisi oldu".

Global Art

Daha çox