Global Art
XəBəRLəR

“Heydər Əliyev məktəbi” layihəsinin iştirakçıları Qarabağda olublar

“Heydər Əliyev məktəbi” layihəsinin iştirakçıları Qarabağda olublar

Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı və partiyanın Naxçıvan şəhər təşkilatının birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunan “Heydər Əliyev məktəbi” layihəsinin iştirakçılarının işğaldan azad edilmiş ərazilərə səfəri təşkil olunub.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə Ağdamda olan layihə iştirakçıları işğal dövründə şəhərin məruz qaldığı dağıntılar, eləcə də hazırda reallaşdırılan genişmiqyaslı yenidənqurma işləri ilə tanış olublar. Gənclər XIX əsr Şərq memarlığının möhtəşəm nümunələrindən biri olan Ağdam Cümə məscidini ziyarət edərək, abidənin tarixi, işğal illərindəki vəziyyəti və Vətən müharibəsindən sonra aparılan bərpa işləri barədə ətraflı məlumat əldə ediblər.

Qarabağ xanlığının banisi Pənahəli xanın Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunan İmarət kompleksi və burada yerləşən xanlıq qəbiristanlığı da ziyarət edilib.

Sonra Xankəndi şəhərində regionun elm və təhsil mərkəzinə çevrilməkdə olan Qarabağ Universiteti ziyarət edilib. Gənclər Xankəndinin mərkəzi meydanı və Zəfər parkı ilə də tanış olublar.

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada iştirakçılar Cıdır düzünü, İsa bulağını, mərkəzi meydanda Üzeyir Hacıbəylinin, Xurşidbanu Natəvanın və Bülbülün güllələnmiş heykəllərini ziyarət ediblər.

Layihə iştirakçıları, həmçinin Həkəri çayının sahilində olublar. Onlar bölgənin zəngin təbii resursları, ekoloji potensialı və unikal landşaftı haqqında məlumat əldə ediblər.

Daha çox