Global Art
XəBəRLəR

Hikmət Hacıyev: Dezinformasiya və təşviqat kampaniyalarının qarşısını almaq üçün öz strateji gündəmimizi formalaşdırmışıq

Hikmət Hacıyev: Dezinformasiya və təşviqat kampaniyalarının qarşısını almaq üçün öz strateji gündəmimizi formalaşdırmışıq

Torpaqlarımız işğal altında olduğu 30 il ərzində biz Azərbaycana qarşı yönəlmiş dezinformasiya və təşviqat kampaniyalarının qarşısını almaq üçün öz strateji gündəmimizi formalaşdırmışıq.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Bakı Mədəniyyət və Media Dialoqu Platforması” çərçivəsində “Sülhün dili və dezinformasiyaya qarşı mübarizə” mövzusunda xüsusi sessiya zamanı deyib.

Prezidentin köməkçisi qeyd edib ki, CNN bir müddət əvvəl bölgədəki münasibətlərimizi poza biləcək çox təhlükəli bir məlumat dərc edib. “Bu, Azərbaycan əleyhinə yönəlmiş dezinformasiya kampaniyasının tərkib hissəsi idi. Yəni təkcə jurnalistlər və peşəkar media deyil, həm də diplomatlar bu dezinformasiyanın hədəfi oldular”, - deyə Hikmət Hacıyev qeyd edib.

Daha çox