Global Art
XəBəRLəR

İlham Əliyevlə Niderlandın Baş naziri arasında telefon danışığı olub

İlham Əliyevlə Niderlandın Baş naziri arasında telefon danışığı olub

İyunun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Niderland Krallığının Baş naziri Rob Jetten arasında telefon danışığı olub.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezidentin X sosial şəbəkə hesabında paylaşım edilib.

“Bu gün Niderlandın Baş naziri Rob Yetten (@MinPres) mənə telefon zəngi etdi. Siyasi dialoqumuzu və iqtisadi əməkdaşlığımızı daha da dərinləşdirmək barədə razılığa gəldik. Biz, həmçinin regional proseslər ətrafında fikir mübadiləsi apardıq və mən Niderlandın bölgədə dayanıqlı sülhə və sabitliyə verdiyi dəstəyə görə məmnunluğumu bildirdim”.

Global Art

Daha çox