İndoneziyada Anak Krakatau adasındakı vulkan püskürüb və yaranan kül buludu ölkənin müxtəlif bölgələrinə yayılıb.
Global Art "Operativ Məlumat Mərkəzi-OMM" istinadən xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, hadisə səbəbindən ölkə üzrə 1500-dən çox uçuş ləğv edilib.
Qeyd olunub ki, vulkanın dünən baş verən püskürməsinin təsirləri hələ də davam edir.
İndoneziyanın Meteorologiya, Klimatologiya və Geofizika Agentliyinin açıqlamasına əsasən, vulkanik kül Java bölgəsində 6 min metr, Sumatra bölgəsində isə 15 min metr hündürlüyə qədər yüksəlib.
Püskürmədən sonra yerli və beynəlxalq olmaqla ümumilikdə 1558 uçuş ləğv edilib. Bundan əlavə, 8 hava limanında 170 mindən çox sərnişin uçuşların dayandırılması səbəbindən qalıb.
İndoneziyanın Nəqliyyat naziri Dudi Purvaqandhi vulkanik külün Qərbi Yava istiqamətində yayıldığının müəyyənləşdirilməsindən sonra bəzi hava limanlarının müvəqqəti bağlanmasına qərar verildiyini bildirib.
Hakimiyyət orqanları vulkanik kül buludunun hərəkətini və aviasiyaya yaratdığı təhlükəni izləməyə davam edir.