Global Art
XəBəRLəR

İtaliyada muzeydən oğurlanan məşhur rəsm əsərləri geri qaytarıldı

İtaliyada muzeydən oğurlanan məşhur rəsm əsərləri geri qaytarıldı

İtaliyada mart ayında məşhur rəssamlar Pol Sezann, Pyer-Ogüst Renuar və Anri Matissin muzeydən oğurlanan üç əsəri tapılaraq geri qaytarılıb.

Global Art Oxu.az-a istinadən xəbər verir ki, əsərlər Parma şəhəri yaxınlığındakı Manyani Rokka Fondunun muzeyindən oğurlanmışdı. Rəsm əsərləri prokurorluğun göstərişi ilə aparılan axtarışlar zamanı aşkarlanıb.

Tapılan əsərlər Pol Sezannın "Albalılı natürmort" (təxminən 6 milyon avro), Pyer-Ogüst Renuarın "Balıqlar" (təxminən 3 milyon avro) və Anri Matissin "Terrasda odaliska" (təxminən 20 min avro) əsərləridir.

Oğurluq martın 22-dən 23-nə keçən gecə baş verib. Maskalı şəxslər muzeyə daxil olaraq əsərləri üç dəqiqədən az müddətdə ələ keçirə biliblər.

Daha çox