Global Art
XəBəRLəR

Kayrat Sarıbay: Turizmin inkişafı gənclərin və icmaların iştirakı olmadan mümkün deyil

Kayrat Sarıbay: Turizmin inkişafı gənclərin və icmaların iştirakı olmadan mümkün deyil

Turizmin inkişafında təbliğat, kommunikasiya və etimad mühüm rol oynayır. Media, sosial şəbəkələr və rəqəmsal platformalar yaşıl turizm məkanlarının təşviqinə, mədəni irsin tanıdılmasına və yerli icmaların dəstəklənməsinə xidmət edir.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibi Kayrat Sarıbay Bakıda Dövlət Turizm Agentliyi və AQEM Katibliyinin birgə təşkilatçılığı ilə keçirilən “AQEM ölkələrində dairəvi yaşıl turizm” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı söyləyib.

"Eyni zamanda, turizmin inkişafı aktiv icmalar və xüsusilə gənclərin iştirakı olmadan mümkün deyil. Dayanıqlı turizm yalnız infrastruktur və siyasətlə deyil, insanların iştirakı ilə formalaşır", - deyə o qeyd edib.

Global Art

Daha çox