Transfer çalışmalarını davam etdirən “Kəpəz” heyətini daha bir futbolçu ilə gücləndirib.
Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, Gəncə təmsilçisi Desmond Akuanın keçidini rəsmiləşdirib.
Belçikalı yarımmüdafiəçi ilə 2026/2027-ci illər mövsümünün sonunadək müqavilə imzalanıb.
Qeyd edək ki, Desmond Akua son olaraq Belçikanın “Dender” komandasında çıxış edib. 24 yaşlı futbolçu ötən mövsüm bütün turnirlərdə meydana çıxdığı 15 oyunda 2 qol vurub.