"Real Madrid"in və Fransa milli komandasının hücumçusu Kilian Mbappe DÇ-2026-nın 1/4 finalında Mərakeşlə oyunda start heyətində yer alaraq dünya çempionatlarında 20-ci matçına çıxıb.
Global Art Oxu.az-a istinadən xəbər verir ki, Mbappe dünya çempionatı tarixində 20 matç həddinə çatan ən gənc futbolçu olub (27 yaş 201 gün).
Fransalı hücumçu polşalı müdafiəçi Vladislav Jmudanın 1982-ci ildən bəri qorunub saxlanılan rekordunu (28 yaş 34 gün) təxminən bir il geridə qoyaraq təzələyib.
Global Art