Globalart
XəBəRLəR

Kimi Antonelli Mayami Qran-Prisinin qalibi olub

Kimi Antonelli Mayami Qran-Prisinin qalibi olub

“Mercedes” komandasının italiyalı pilotu Kimi Antonelli Formula 1 üzrə dünya çempionatının dördüncü mərhələsi — Mayami Qran-Prisinin qalibi olub.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, “McLaren” komandasının britaniyalı pilotu Lando Norris ikinci, onun avstraliyalı komanda yoldaşı Oskar Piastri isə üçüncü yeri tutub.

Antonelli ardıcıl üçüncü yarışında qələbə qazanıb. O, 100 xal toplayaraq ümumi çempionatın sıralamasında liderdir. İkinci yerdə mövsümün açılış mərhələsinin qalibi olan britaniyalı “Mercedes” pilotu Corc Rassel, üçüncü yerdə isə “Ferrari”nin monakolu pilotu Şarl Lekler qərarlaşıb.

Konstruktorlar çempionatında “Mercedes” 180 xalla liderdir. “Ferrari” (112 xal) və “McLaren” (94 xal) ilk üçlüyü tamamlayır.

Dünya çempionatının beşinci mərhələsi 22–24 may tarixlərində Kanadada keçiriləcək.

Global Art

Daha çox