Global Art
XəBəRLəR

Kitabxanalarda bu yeniliklər gözlənilir

Kitabxanalarda bu yeniliklər gözlənilir

Mədəniyyət Nazirliyinin sistemində olan Mərkəzləşdirilmiş Kitabxana Sistemində (MKS) optimallaşdırma üzrə prioritet istiqamətlər müəyyən edilib.

Global Art Oxu.az-a istinadən xəbər verir ki, bu istiqamətlər Mədəniyyət Nazirliyinin tərəfindən Milli Məclisdə "Kitabxana sisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusunda ictimai müzakirəyə təqdim olunan "Kitabxana sisteminin optimallaşdırılması: təhlil və islahatlar" adlı hesabatında yer alıb.

Qeyd olunub ki, kitabxanaların optimallaşdırması üzrə ümumilikdə 6 istiqamət müəyyənləşib:

1. Milli qanunvericiliyin yenilənməsi: "Kitabxana işi haqqında" Qanunun (1998) müasir rəqəmsal reallıqlara əhatə edəcək şəkildə yenilənməsi.

2. Yeni infrastrukturun yaradılması: IFLA standartlarına uyğun oxu zalları, internet təminatı, rəqəmsal xidmətləri olan müasir kitabxana binalarının tikilməsi və mövcud binaların əsaslı bərpası.

3. Kitab fondunun yenilənməsi: Mövcud fondun müasir ədəbiyyatla komplektləşdirilməsi.

4. Müasir texnologiyaların tətbiqi: KOHA kitabxana idarəetmə sisteminin bütün kitabxanalarda tətbiqi, e-kataloq və e-kitabxananın formalaşdırılması, onlayn istifadə imkanlarının yaradılması.

5. Kadr hazırlığı proqramı: Müasir kadr inkişaf planı (kitabxanaçıların yenidən hazırlanması, ixtisasartırma kursları və s.).

6. Səyyar kitabxana xidməti: Bütün ziyarətçi və əhalinin ehtiyaclarına xidmət göstərəcək avtomatlaşdırılmış, fondu mütəmadi yenilənən mobil kitabxanaların yaradılması.

Daha çox