Global Art
XəBəRLəR

KOBİA-da biznes subyektlərinin müraciətləri dinlənilib

KOBİA-da biznes subyektlərinin müraciətləri dinlənilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) vətəndaşlarla növbəti görüş keçirilib.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, görüş zamanı vətəndaşların bazarlara çıxış, dövlətin dəstək alətlərindən istifadə, aqrobiznes layihəsinin həyata keçirilməsi və müvafiq infrastrukturun yaxşılaşdırılmasına dəstək, nəqliyyat və logistika xidmətləri ilə bağlı müraciətləri dinlənilib.

Sahibkarlarla ehtiyacları olan dəstək tədbirləri və qarşılaşdıqları məsələlərin həllinə dair müzakirələr aparılıb.

Görüşdə qaldırılan bir sıra məsələlərin həlli istiqamətində agentliyin səlahiyyətləri çərçivəsində müvafiq tədbirlər görüləcək, digər müraciətlər isə aidiyyəti qurumlarla birgə araşdırılacaqdır.

Daha çox