Global Art
XəBəRLəR

Kobuljon Əhmədov: Media müasir dünyada dialoqun daha da möhkəmləndirilməsində vacib amildir

Kobuljon Əhmədov: Media müasir dünyada dialoqun daha da möhkəmləndirilməsində vacib amildir

Bugünkü Media Forumunun əhəmiyyəti çox böyükdür. Çünki bu tədbirin miqyası geniş, əhatə etdiyi məsələlər isə çoxşaxəlidir. Medianın müasir dünyada dialoqun daha da möhkəmləndirilməsində və qarşılıqlı anlaşmanın təmin olunmasında nə dərəcədə vacib amil olduğunu anlayırıq.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Özbəkistanın Prezident Administrasiyasının nəzdində Kütləvi İnformasiya Vasitələri üçün Məzmun İstehsalı Mərkəzinin direktoru Kobuljon Əhmədov oktyabrın 1-də Bakıda keçirilən AQEM Media Forumu çərçivəsində təşkil edilən “Sosial birlik və mədəniyyətlərarası dialoqun gücləndirilməsində medianın rolu” mövzusunda panel iclasında deyib.

O bildirib ki, media sahəsində müvafiq görüşlər daha çox olmalı və media təşkilatlarının rolu xüsusilə qəbul edilməlidir. Media qurumları istər siyasi hadisələr nöqteyi-nəzərindən, istər insanların yaşadığı tarix, daşıdığı mədəniyyət, aldığı təhsil, yaratdığı və qoruduğu ənənələr, ortaq layihələr və əldə edilmiş uğurlar barədə məlumatların auditoriyaya çatdırılması baxımından çox vacib bir vasitədir.

Kobuljon Əhmədovun sözlərinə görə, ölkələr arasında peşəkar əməkdaşlıq yaradılmalıdır. Buraya media sahəsinin peşəkarları cəlb edilməlidir. Eyni zamanda, ortaq informasiya və mədəniyyət layihələri həyata keçirilməlidir.

Daha çox