Global Art
XəBəRLəR

Kolumbiya səfiri: Sürücülük vəsiqəmi "ASAN xidmət" mərkəzindən aldım

Kolumbiya səfiri: Sürücülük vəsiqəmi "ASAN xidmət" mərkəzindən aldım

İnsan hüquqlarının həm dünyada, həm də Azərbaycanda qorunmasında mühüm rol oynayan yanaşmaların həyata keçirilməsi əhəmiyyət kəsb edir.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Kolumbiyanın ölkəmizdəki səfiri Nelsi Rakel Munar Xaramiyon “İnsan hüquqlarının qorunmasında şəffaf, səmərəli və hesabatlı dövlət xidmətlərinin göstərilməsinin mühüm rolu” mövzusunda keçirilən seminarda söyləyib.

Səfir deyib: "Azərbaycana, gözəl Bakı şəhərinə yeni gəlmişəm. Yaxın vaxtlarda "ASAN xidmət" mərkəzində olmaq və sürücülük vəsiqəmi almaq imkanım oldu. Öz təcrübəmdən deyə bilərəm ki, bu proses beş dəqiqədən az vaxt apardı".

Global Art

Daha çox