“Kraudfandinq haqqında” yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib.
Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, bu məsələ parlamentin iyulun 7-də keçirilən iclasının gündəliyinə daxil edilib.
Qanun Azərbaycanda səhm və borc əsaslı kraudfandinqin həyata keçirilməsinin hüquqi, təşkilati və iqtisadi əsaslarını, kraudfandinq platforması operatorunun fəaliyyətinə dair tələbləri, habelə onların fəaliyyəti üzərində dövlət tənzimləməsi və nəzarəti məsələlərini tənzimləyəcək.
Yeddi fəsil 23 maddədən ibarət olan qanunun məqsədi iqtisadi fəaliyyət subyektlərinə, xüsusilə də startaplara, mikro, kiçik və orta sahibkarlara onların biznes aktivliyinin artırılması məqsədilə informasiya ehtiyatlarından və sistemlərindən, habelə kapital bazarının imkanlarından istifadə etməklə operativ və davamlı alternativ maliyyələşmə kanallarına əlverişli çıxış imkanlarının yaradılması və maliyyələşmədə iştirak edən investorların hüquqlarının müdafiəsini təmin etməkdir.
Global Art