Global Art
XəBəRLəR

Kriştianu Ronaldu “Əl-Nəsr”in ortaq sahibi ola bilər

Kriştianu Ronaldu “Əl-Nəsr”in ortaq sahibi ola bilər

Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu hazırda çıxış etdiyi Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun səhmdarlarından biri ola bilər.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə DAZN məlumat yayıb.

Bildirilib ki, Ronaldu və daha 4 investor “Əl-Nəsr”in səhmlərini almaq üçün təklif hazırlayır. Hər bir investorun bunun üçün minimum 92 milyon avro ayıracağı gözlənilir.

Qeyd edək ki, Kriştianu Ronaldu 2022-ci ilin dekabrından “Əl-Nəsr”də çıxış edir.

Daha çox