Global Art
XəBəRLəR

Kventin Tarantino dramatik filmdə rol alacaq

Kventin Tarantino dramatik filmdə rol alacaq

Rejissor Kventin Tarantino həmkarı Ceymi Adamsın yeni filmində əsas rollardan birini canlandıracaq.

Global Art Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Uelsin "Nation" portalı məlumat yayıb.

Yeni layihənin detalları hələlik açıqlanmasa da, çəkilişlərin aparıldığı Portkoul şəhərində lentə alınan fotoda Tarantino ilə yanaşı, müğənni Kayli Minoqun da olması diqqət çəkib.

Qeyd edək ki, Tarantino daha əvvəl Adamsın "Only What We Carry" adlı filmində də rol alıb. Həmin ekran əsərində onun tərəf-müqabilləri Saymon Peqq və Sofiya Butella olub.

Global Art

Daha çox