Global Art
XəBəRLəR

Maks Ferstappen: Sonuncu dövrədə Rassellə yaxınlaşdım, amma onu ötmək alınmadı

Maks Ferstappen: Sonuncu dövrədə Rassellə yaxınlaşdım, amma onu ötmək alınmadı

Yaxşı yarış keçirdik. İlk hissə bir qədər çətin idi, amma yuxarı pillələrə qalxa bildik. Sonra isə 2-ci yer üçün mübarizə başladı. Sonuncu dövrədə sarı bayraqlar oldu, fərq çox az idi. Yaxınlaşdım, amma ötmək üçün kifayət etmədi. Yenə də bütün gücümüzü ortaya qoyduq.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Formula 1 Azərbaycan Qran-Prisində ikinci olan “Red Bull”un niderlandlı pilotu Maks Ferstappen deyib.

O, bir neçə dəfə baryerlərə toxunduğunu söyləyib: “Hər şey qaydasında idi, sadəcə döngəni biraz daha geniş almağa çalışırdım. Əsas odur ki, sonluq yaxşı oldu”.

Daha çox