Global Art
XəBəRLəR

Milli Məclis təsdiqlədi: Azərbaycanın gəmiçiliklə bağlı beynəlxalq konvensiyaya qoşulur

Milli Məclis təsdiqlədi: Azərbaycanın gəmiçiliklə bağlı beynəlxalq konvensiyaya qoşulur

Azərbaycan “Gəmilərin ballast sularının və çöküntülərinin idarə edilməsi və nəzarətinə dair” Beynəlxalq Konvensiyaya qoşulur.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, “Gəmilərin ballast sularının və çöküntülərinin idarə edilməsi və nəzarətinə dair” Beynəlxalq Konvensiyaya qoşulmaq haqqında qanun layihəsi parlamentin iyulun 10-da keçirilən iclasının gündəliyinə daxil edilib.

Qeyd edək ki, Beynəlxalq Konvensiya 2004-cü il fevralın 13-də London şəhərində imzalanıb.

Qanun layihəsi bir oxunuşda təsdiqlənib.

Global Art

Daha çox