Milli Məclis Azərbaycan ilə Monqolustan arasında hava əlaqəsi haqqında Sazişi təsdiq edib.
Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, “Azərbaycan Respublikası Hökuməti ilə Monqolustan Hökuməti arasında hava əlaqəsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi parlamentin bugünkü iclasının gündəliyinə daxil edilib.
Qeyd edək ki, Saziş 2026-cı il mayın 6-da Leypsiq şəhərində imzalanıb.