Global Art
XəBəRLəR

Muxtar Babayev: İqlim dəyişikliyi ilə bağlı fəlakətlərin intensivliyi sürətlə artır

Muxtar Babayev: İqlim dəyişikliyi ilə bağlı fəlakətlərin intensivliyi sürətlə artır

Avropada və dünyanın digər regionlarında müşahidə olunan anomal istilər iqlim dəyişikliyinin təsirlərinin daha da gücləndiyini bir daha nümayiş etdirir.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi və COP29-un Prezidenti Muxtar Babayev XX Bakı Yay Enerji Məktəbinin açılış mərasimində çıxışı zamanı deyib.

Muxtar Babayev qeyd edib ki, daşqınlar, quraqlıqlar, istilik dalğaları və digər hidrometeoroloji hadisələrin başvermə tezliyi sürətlə artır.

“COP28-dən sonra dünyada nüvə enerjisinə maraq əhəmiyyətli dərəcədə artıb. Ancaq son dövrlərdə Avropada müşahidə olunan istilik dalğaları nüvə energetikası sektorunun fəaliyyətinə də təsir göstərib. Buna səbəb istilik dalğaları, çaylarda su səviyyəsinin azalması, suyun temperaturunun yüksəlməsi və nəticədə soyutma sistemlərinin lazımi səmərəliliklə işləməməsidir. Bu proseslər iqlim dəyişikliyi ilə bağlı müzakirələrin aktuallığını daha da artırır”, - deyə o bildirib.

Global Art

Daha çox