Mayın 8-də Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyinin kollektivi Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar Fəxri xiyabanda Ümummilli Liderin məzarını ziyarət edib.
Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, daimi nümayəndəliyin kollektivi müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edərək məzarı önünə güllər qoyublar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı önünə tər güllər düzülüb, əziz xatirəsi ehtiramla anılıb.
Global Art